A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə UNEC-in Zaqatala filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova açaraq Konstitusiya Gününün dövlətçilik tariximizdəki mühüm əhəmiyyətindən bəhs edib.

Çıxış edən filialın Texniki və Texnoloji bölməsinin rəhbəri, dosent Səfər Razıyev Konstitusiya Gününün dövlət quruculuğunda hüquqi əsasların möhkəmlənməsindəki rolunu qeyd edib. “İqtisadiyyat və idarəetmə” bölməsinin müəllimi Qüdrət Qırtımov Konstitusiyanın gənclər üçün önəmini və vətəndaşlıq məsuliyyətini vurğulayıb. Tələbə Elmi Cəmiyyətinin sədri Ayda Arzumanova isə çıxışında tələbələrin hüquq və vəzifələrinin dərk edilməsinin, eləcə də gənclərin dövlətçiliyin qorunmasındakı rolunun əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay