UNEC-in Mühəndislik fakültəsində “Korrupsiya hüquqpozmalarının xarakterik xüsusiyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov mövzunun aktuallığını vurğulayaraq bildirib ki, tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində həyata keçirilir. O, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nəticələr barədə iştirakçılara məlumat verib.
Sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev və Baş İdarənin İstintaq idarəsinin böyük prokuroru Allahverdi Allahverdiyev mövzu ilə bağlı geniş çıxış ediblər. İştirakçılara korrupsiyanın mahiyyəti və onun cəmiyyətə mənfi təsiri, bu sahədə preventiv tədbirlərin rolu, beynəlxalq təcrübə, habelə təhsil sektorunda korrupsiya ilə mübarizə istiqamətində görülən işlər haqqında ətraflı məlumat təqdim ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.