A

UNEC-in Rus İqtisad Məktəbində gender problemləri, cins ayrı-seçkiliyi və bu sahədə mövcud sosial çağırışlara həsr olunmuş geniş məzmunlu seminar keçirilib.

Tədbirin məqsədi tələbələrdə gender bərabərliyi ilə bağlı maarifləndirməni artırmaq, mövzuya dair müasir yanaşmaları və elmi araşdırmaları müzakirə etmək olub.

Seminarda “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti Tahirə Kərimova məruzə ilə çıxış edərək gender bərabərsizliyinin ən erkən təzahürlərinə diqqət çəkib. O, bildirib ki, ana bətnində uşağın cins üzrə seçilməsi tendensiyası yalnız sosial stereotiplərin deyil, həm də bioloji mərhələdə belə özünü göstərən gender ayrı-seçkiliyinin ilk aktıdır. Qeyd edib ki, bu kimi hallar həm demoqrafik tarazlığa, həm də cəmiyyətin sosial strukturuna ciddi təsir göstərir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay