UNEC SABAH Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının karyera məsləhətçisi Nərgiz Bayramova tərəfindən “Müsahibə texnikaları” mövzusunda seminar keçirilib.
Seminar zamanı işə qəbul prosesində düzgün davranış qaydaları, ilk təəssüratın formalaşdırılması və özünü peşəkar şəkildə təqdim etməyin vacibliyi barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbirdə tələbələr real müsahibə situasiyalarında rast gəlinən əsas çağırışlar və onların həlli yolları barədə praktiki nümunələrlə tanış olublar.
İştirakçılara həmçinin STAR metodu, çətin müsahibə suallarına effektiv cavab strategiyaları, ünsiyyət bacarıqlarının rolu və uğurlu karyera quruculuğunda düzgün kommunikasiya prinsipləri izah edilib.
Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.