20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr faciə zamanı şəhid olmuş UNEC-in tələbəsi Əbilhəsənov İlqar Yusif oğlunun oxuduğu və adını daşıdığı Nəsimi rayonundakı 42 nömrəli tam orta ümumtəhsil məktəbində ucaldılmış abidəsini ziyarət ediblər və qarşısına gül dəstələri düzüblər.
Allah şəhidlərimizə rəhmət eləsin!