A

UNEC-in Mühəndislik fakültəsində 2024–2027-ci illər üzrə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq Tədbirlər Planına uyğun olaraq “Su ehtiyatlarının çirklənmə riskləri və onların qarşısının alınması” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Seminarda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Ekologiya mühəndisliyi” ixtisasının baş müəllimi, fəlsəfə doktoru Fəridə Əkbərova çıxış edərək su ehtiyatlarının qorunması, çirklənmə risklərinin azaldılması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində geniş təqdimatla çıxış edib. O, su resurslarından səmərəli istifadənin və ətraf mühitin mühafizəsinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra kafedranın dosenti İlhamə Kazımova və digər iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşərək su ehtiyatlarının dayanıqlı idarə olunması, müasir texnologiyaların tətbiqi və ekoloji maarifləndirmənin vacibliyini diqqətə çatdırıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR