Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib.
Seminarda “İqtisadiyyat” kafedrasının dosenti Pərviz Səmədov çıxış edərək bildirib ki, 28 May Azərbaycan xalqının tarixində ən önəmli və qürurverici günlərdən biridir. O qeyd edib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın azadlıq, müstəqillik və milli dövlətçilik arzularının gerçəkləşməsi idi.
Seminarda bildirilib ki, bu gün 28 May – Müstəqillik Günü xalqımız tərəfindən böyük fəxr hissi ilə qeyd olunur. Bu əlamətdar tarix azadlığın və müstəqilliyin dəyərini bir daha xatırladır, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.