A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinintələbələri “Xocalı soyqırımını unutma!” devizi altında bir araya gəliblər. 3-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Emil Alıyev Xocalı faciəsinin başvermə səbəbləri və nəticələri barədə təqdimatla çıxış edib. Soyqırım həqiqətlərinin dünyaya çatdırılması üçün tələbə yoldaşlarına səslənib: “Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir”.

“Xarici dillər” kafedrasının müəllimi Aynur Mirzəyeva ilə tələbə Mikayıl Hüseynovun Vahid Mustafayevin “Xoca” filmi ilə Elşad Eyvazlının “Böyüməyən uşaqlar” filmi əsasında hazırladıqları “Khojaly-Lost childhood” qısa filmi nümayiş etdirilib. “HormonİSE”nin üzvləri Xocalıya aid şeirlər söyləyiblər. I kurs tələbəsi Raya Məmmədzadə “Ana, mən şəhid oldum” adlı musiqilı kompozisiyasını Vətən uğrunda canlarından keçən bütün şəhidlərin ruhuna ithaf edib.

Fakültə dekanı Anar Rzayev Beynəlxalq İqtisadiyyat Məktəbi tələbələrinin sosial şəbəkələrdə Azərbaycanla bağlı ingilis dilində mütəmadi məlumatları yaymasını yüksək qiymətləndirib. Onların Xocalının 25 illiyi ilə bağlı keçirilən aksiyalarda fəal olacaqlarına əminliyini ifadə edib.

UNEC-inTələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri də Xocalı soyqırımını anıblar. TGT sədri Rəsul Həşimov və TEC sədri Əvəzağa Məlikov Xocalı faciəsinin insanlığa qarşı törədilən ən qanlı cinayət olduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırlması üçün gənclərin üzərinə böyük məsuliyyət düşür. Çünki ölkənin gələcəyi savadlı, bacarıqlı, vətənini sevən, onu qorumağa hazır olan gənclərdən asılıdır.

Sonda tələbə təşkilatları fəallarının Xocalı soyqırımı haqqında hazırladıqları videorolik nümayiş olunub.“Khojaly-Lost childhood”

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay