UNEC-də “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) təşkilatçılığı, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi və Reduco Tədris Mərkəzinin sponsorluğu ilə “Davos İqtisadi Forumu modeli – UNEC” keçirilib.
Forumun məqsədi gənclərin iqtisadi biliklərini artırmaq, dünyada baş verən iqtisadi-sosial proseslər barədə fikir mübadiləsi aparmaq, həmçinin təmsil etdikləri dövlətlərin (qurumların, şirkətlərin) maraqlarını qorumağa əsaslanıb.
Foruma qatılmaq üçün tələbələr öncədən qeydiyyatdan keçiblər. Dörd istiqamət üzrə keçirilən forumda tələbələr siyasətçi, beynəlxalq maliyyə qurumlarının nümayəndələri, idarə heyətinin sədri (CEO), jurnalist qismində çıxış ediblər. Tələbələr mövzular barədə araşdırmalar apararaq, onlara verilən müddət ərzində fikirlərini bölüşüblər. Forumda 12 tələbə-spiker təmsil etdikləri qurumların fəaliyyətindən danışıb, əhəmiyyətini açıqlayıblar. Eyni zamanda auditoriyanın suallarını cavablandırıblar.
Sonda iştirakçıların daha çox marağına səbəb olan ən yaxşı üç tələbə-spiker diplom və medallarla təltif olunub. Digər spikerlərə isə sertifaktlar təqdim edilib.