A

UNEC-də “Modern Marketing Group”un təsisçisi, tanınmış marketoloq Yusif Vəliyevlə görüş keçirilib.

İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin  təşkilatçılığı ilə keçirilən görüşdə tanınmış marketoloq UNEC tələbələri qarşısında “Personal branding” mövzusunda çıxış edib. O, şəxsi brendin yaradılması və inkişaf etdirməyin yollarından, vaxtın düzgün qiymətləndirilməsindən, işçini cəmiyyətə düzgün tanıdan və diqqət yetirilməli olan vacib məqamlardan danışıb. Marketoloq onsanların öz markalarını yaratmalarında sosial şəbəkələrin əhəmiyyəti vurğulayıb. Reklamlarda diqqət edilməli məqamlara da toxunan Y.Vəliyev son zamanların məşhur markaları haqqında tələbələrlə fikir mübadiləsi aparıb.

Görüşün sonunda tələbələr marketinq sahəsində təcrübəyə cəlb edilməklə bağlı təkliflərini səsləndiriblər. Tanınmış marketoloq UNEC tələbələri ilə çalışmaqdan məmnun olacağını bildirərək, onların təklifini müsbət qarşılayıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay