A

UNEC tələbələrinin korporativ sektorlara informasiya turlarına start verilib.

Karyera Mərkəzinin təşkilatçılığı ilə yeni tədris ilinin ilk infoturu qənnadı məmulatlarının istehsalı ilə məşğul olan “Konfirom MMC” şirkətində olub. Şirkətin rəhbərliyi UNEC tələbələrinə şirkətin tarixi və karyera imkanları barədə geniş məlumat verib. İnfotur zamanı tələbələr  müasir istehsal sahələri və qənnadı məhsullarının istehsal prosesi ilə yaxından tanış olublar.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara şirkətin xüsusi hədiyyələri təqdim edilib.

UNEC-də analoji turların təşkili tədris ilinin sonuna kimi davam edəcək. Tələbələrə ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq imkanı yaradılacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay