A

UNEC-in Ekspertiza və Standartlaşdırma fakültəsinin dekanı, dosent Tofiq Osmanov, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanov, dosenti Kəmalə Dadaşova və tələbələr “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ictimai birliyinin “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tətbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçirilən təlimdə iştirak ediblər.

Azərbaycan Standartlaşdırma İnstitutunun inzibati binasında keçirilmiş təlimdə, həmçinin, UNEC Tələbə Elmi Cəmiyyətinin aktiv üzvləri İştirak ediblər.

Tədbirdə bir sıra məsələlər, o cümlədən, standartlaşdırma ixtisası üzrə təhsil alan tələbələrin praktiki bilik və bacarıqlara yiyələnməsi müzakirə edilmişdir.

Tədbirdə Standartlaşdırma İnstitutunun Direktoru, professor Namiq Tağıyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini müsbət qiymətləndirdi və ölkəmizdə ixtisaslı kadrların yetişdirilməsinə lazımi dəstək göstərməyə maraqlı olduğunu nəzər çatdırdı.

Təlim çərçivəsində ”ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova layihənin məqsədi, aktuallığı, tərəfdaşlar, həyata keçirilən işlər barədə məlumat verdi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay