17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar UNEC-in Maliyyə və mühasibat fakültəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Təqdimat, yoxsa təqdim at” adlı təlim baş tutmuşdur.
Təlimçi qismində Maliyyə və mühasibat fakültəsinin dekan müavini Əbdülkərim Sadıqov çıxış etmişdir. Tədbirdə tələbələr təqdimatın hazırlanması zamanı diqqətedilmə məqamlar, məzmun baxımından dəyərləndirmə və s. barədə ətraflı məlumat almışlar.
Tələbələr tərəfindən böyük maraqla qarşılanmış təlimin sonunda bu tipli tədbirlərin mütəmadi olaraq keçirilməsi qərara alındı.