A

19 noyabr 2018-ci il tarixdə Ekspertiza və standartlaşdırma fakültəsində şəkərli diabet xəstəliyi ilə bağlı maarifləndirici tədbir keçirildi.

Fakültənin dekanı dosent Tofiq Osmanov tədbiri açaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” haqqında məlumat verdi. Qeyd edildi ki, ölkəmizdə şəkərli diabet xəstəliyinin profilaktikasına böyük əhəmiyyət verilir və xəstəliyə düçar olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilir.

3 saylı tələbə poliklinikasının həkimi Telli Qurbanova şəkərli diabetin endokrin xəstəliklər qrupuna aid olması, xəstəliyin təbiəti, klinikası, simptomları, şəkərli diabetin tipləri, müalicəvi yolları haqqında söhbət açaraq xəstəliyə tutulma riski yüksək olan insan qrupları haqqında da tələbələri maarifləndirdi. O, şəkərli diabetin fəsadları, ağırlaşmaları, hansı orqanları zədələdiyini bildirərək, xəstəliyin vaxtında aşkarlandığı və müalicə olunduğu təqdirdə insanın həyat tərzinə çevrildiyini nəzərə çatdırdı.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay