A

Maliyyə və mühasibat fakültəsi nəzdində fəaliyyət göstərən tələbə təşkilatlarının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

İlk öncə Ümummilli liderin xatirəsi bir dəqiqəli sükutla yad edilmişdir. Tədbirin açılışında Maliyyə və mühasibat fakültəsinin dekan müavini Anar Hüseynov çıxış edərək, Ulu öndərin həyat yolu haqqında tələbələrə məlumat vermişdir.  

Daha sonra tələbələr “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda təqdimatlarla çıxış etmişlər.

Sonda Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsinin Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlə çıxışı tələbələr tərəfindən maraqla qarşılanmışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay