UNEC-də Biznes və menecment fakültəsinin tanıtım videoçarxı hazırlanıb.

Biznes və menecment fakültəsinin IV kurs tələbəsi Cahandar Cəlilzadənin hazırladığı tanıtım çarxında meqafakültənin yaranma tarixi, tədris binasının infrastrukturu, ixtisaslar, o cümlədən tələbələrin sosial həyatından bəhs olunur. Fakültə dekanı, dosent Mirağa Əhmədov isə meqafakültənin fəaliyyət istiqamətini qısa şərh edib. Videoçarxın sonunda tələbələr meqafakültənin şüarını səsləndirib: “Keyfiyyətli təhsildən uğurlu idarəetməyə”. 

TOP XƏBƏRLƏR