A

UNEC Karyera Mərkəzi, SABAH Mərkəzi və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə UNEC  tələbələri üçün “Motivasiya və tövsiyə mətkubunu necə yazmalı?” mövzusunda seminar keçirilib.

Seminarda təlimçi, SABAH mərkəzinin rəhbər müavini Rövşən Camalov tələbələrə xaricdə təqaüdlü və ya ödənişli təhsil üçün lazım olan kriteriyalar, lazımi sənədlər və bu sənədlər arasında xüsusi əhəmiyyətə malik tövsiyə və motivasiya məktublarının önəminə toxunub. Məktubların yazılmasında diqqət edilməli məqamlar, tərtibat forması, mətn strukturu və yazı stili kimi məqamlar ətraflı izah edilib.

Sual-cavab sessiyası hissəsində iştirakçıları maraqlandıran suallar geniş müzakirə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay