UNEC-in Yaradıcılıq Mərkəzinin, TEC-in və THİK-in üzvləri, Ekspertiza və standartlaşdırma fakültəsinin professor-müəllim heyəti, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyində daun xəstəsi olan uşaqlarla görüş keçiriblər.
Görüş zamanı Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş "Qış nağılı" və "İkinci əl kitabların satışı" adlı xeyriyyə yarmarkasından əldə edilmiş vəsait hesabına alınmış 85 ədəd (ziyarət edilən uşaqların sayı qədər) hədiyyə paketi, UNEC adından alınmış 82 diametr “samsung” markalı smart televizoru, Ekspertiza və standartlaşdırma fakültəsi tərəfindən təşkil edilmiş UNEC-in loqosu olan tort və digər şirniyyat məmulatları İctimai Birliyə təqdim edilmişdir.
Uşaqları Şaxta baba, Qarqız və klounlar əyləndirərək, onlara maraqlı anlar yaşatmışlar.
Tədbirdə Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı, dosent Tofiq Osmanov, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, dosent Zabit Aslanov, "İstehlak mallarının ekspertizası" kafedrasının dosenti Azər Hüseynov, UNEC Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədova, Tələbə-rektor Elmir Sadıqov, TEC-in sədri Nərmin Heydərova və digər tələbələr iştirak etmişdir.