A

Sosial şəbəkələrdə UNEC 24/7 kitabxanasında gecə saatlarında imtahanlara hazırlaşan tələbələrin görüntüləri böyük əks-səda doğurub.

24 saat ərzində fəaliyyət göstərən UNEC 24/7 kitabxanasında gecə saatlarında hazırlaşan çoxsaylı tələbələrin görüntüləri böyük müzakirələrə səbəb olub. UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədovanın sözlərinə görə, hər gecə ən azı 70 tələbə oxucu səhərədək imtahanlara hazırlaşır.

A.Məmmədovanın sözlərinə görə, UNEC 24/7 kitabxanası tələbə və magistrlərin daxil olduğu yeni heyət ilə fəaliyyət göstərir. Tələbələrdən ibarət yeni əməkdaşlar kitabxana kollektivinə, kitabxana fəaliyyətinə yeni bir ahəng, doğmalıq qatıblar.

UNEC rektoru professor Ədalət Muradovun tapşırığı ilə tələbələr üçün bütün şərait yaradılmışdır. Səliqə-səhmana, müəyyən edilmiş qaydalara ciddi əməl edilir. Gün ərzində qısa və uzun fasilələrlə havalandırma həyata keçirilir. Müasir tələblərə cavab verən sistem ilə oxucular davamlı şəkildə təlimatlandırılırlar.

A.Məmmədova hər bir oxucumuzun avadanlıqlara, oxu zallarına, kitab fonduna qayğı və diqqətlə yanaşmasını xüsusilə vurğuladı. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay