A

Gənc Müəllimlər Şurasının təşkilatçılığı DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev və UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov  Qiyabi təhsil şöbəsinin tələbələri üçün dual dərs vermişlər.

Ramil Cabbarovun təqdimatı zamanı Azərbaycan və dünya reklam bazarının müasir trendləri, reklam bazarının seqmentləri və strukturu, həcmi və payı, verilişlərin reytinq sistemi, “prime” və qeyri-“prime” efir vaxtlarında reklam yerləşdirmə texnikalarından danışıb. Əlavə olaraq, media planın hazırlanmasında diqqət edilməli məqamlar qeyd edilib. Ramil Cabbarov reklam bazarı ilə bağlı maraqlı təhlillər apararaq reklam bazarında son illərdə internet vasitəsilə reklamın payının sürətlə artmasını və bazarın üçdə birini özündə cəmləməsini qeyd etmişdir.

DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev öz təqdimatında reklam bazarının tənzimlənməsi məsələlərinə toxunaraq qanunla qadağan edilən reklamlardan danışmış, bu cür reklamlara haqsız, qeyri-dəqiq, qeyri-etik, bilərəkdən yalan və gizli reklamların aid edildiyini və bu reklamların haqsız rəqabətin forması kimi çıxış etdiyini bildirərək buna qarşı mübarizə yollarından nümunələr göstərmişdir. Daha sonra mərkəz direktoru əmtəə nişanı və ticarət markası haqqında təqdimat etmiş, qanunvericiliyə əsasən əmtəə nişanının mahiyyəti, əmtəə nişanı kimi qeydə alınmanın hüquqi proseduru və əmtəə nişanlarının hüquqi mühafizəsi, nələrin əmtəə nişanı kimi çıxış edə, qeydə alına bilməsi və bilməməsi, dünyada əmtəə nişanlarından haqsız istifadə ilə bağlı çoxsaylı nümunələri tələbələr qarşısında nümayiş etdirmişdir. Birgə dərs tələbələrdə böyük maraq doğurmuş və tələbələr mərkəz rəhbərliyinə bu formatda dərslərin davam etdirilməsi ilə bağlı öz istəklərini  bildirmişlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay