A

UNEC-də 2 fevral “Gənclər günü”nə həsr olunan tədbir keçirilib.  

Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə UNEC-in tələbə təşkilatlarının rəhbərləri, təşkilat fəalları və əcnəbi tələbələr iştirak edib. UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova bildirib ki, tədbirin məqsədi əcnəbi tələbələrin sosial inteqrasiyasını, eyni zamanda onların tələbə təşkilatları, Karyera Mərkəzi, tələbə ictimai birlikləri və Yaradıcılıq Mərkəzinə cəlb olunmasını təmin etməkdir.

UNEC-in Strateji inkişaf şöbəsinin müdiri Turan Süleymanov gənclər və tələbə təşkilatlarına üzvlüyün sosial və ictimai əhəmiyyətindən bəhs edərək, əcnəbi tələbələrə bu istiqamətdə fəal olmağı tövsiyə edib.

Tədbirdə UNEC-in tələbə təşkilatlarının fəaliyyət istiqamətləri, vəzifələri və sosial fəaliyyətləri barədə ətraflı məlumat verilib. Əcnəbi tələbələrin imtahan, tədris prosesi və digər məsələlərlə bağlı sualları cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay