A

UNEC-də 23 aprel Beynəlxalq İngilis dili Günü münasibətilə “Xarici Dillər“ kafedrası “Only in English” adlı zəngin proqramlı tədbir keçirilmişdir.

Tədbirin açılışında UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova çıxış edərək, Beynəlxalq İngilis dili Gününün 2010-cu ildən BMT tərəfindən təsis edildiyini bildirdi. Günün təsis edilməsi tarixindən danışaraq S.Qəndilova UNEC-də dörd tədris dilindən birinin ingilis dili olduğunu qeyd etdi.

Hörmətli rektorumuz Ədalət Muradov həmişə ingilis dilinin tədrisinə böyük diqqət ayırmışdır. Məhz bu qayğının nəticəsidir ki, bir çox tələbələrimiz bu dilə mükəmməl yiyələnməklə UNEC-i ölkə xaricində sərbəst təmsil edirlər.

UNEC-in bütün fakültələrindən olan tələbələrin iştirak etdiyi tədbirdə “Xarici dillər” kafedrasının müdiri əvəzi, prof. Afət Abbasova çıxış edərək aprelin 23-ü dahi ingilis dramaturqu, yazıçı Vilyam Şekspirin dünyaya göz açdığı və həyatla vidalaşdığı bir tarix olduğunu bildirdi. İngilis dili BMT-nin 6 aparıcı dillərindən biri olaraq beynəlxalq ünsiyyət dilidir. Məhz bu dilə yiyələnməklə biz dünya iqtisadiyyatına, siyasətinə, elm aləminə asanlıqla inteqrasiya edə bilirik. Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlar da ingilis dilində aparılır.

Tələbələrin iştirakı ilə maraqlı bir proqramla ingilis dilində davam edən tədbirdə UNEC-ə virtual səyahət, UNEC-in üstünlüklərini şərti abiturientlərə çatdıran təqdimat keçirilmişdir. Təqdimatda sanki UNEC-ə abituriyent olaraq gəlmiş qonaqlara bizim tələbələrimiz UNEC-in üstünlükləri barədə ingilis dilində məlumat verdilər. Səhnəçikdə UNEC-də təhsilin dörd dildə təşkil edildiyi, ikili diplom, mübadilə proqramları, təhsilin keyfiyyəti, tələbələr üçün yaradılan şərait barədə məlumat verildi.

Rus İqtisad məktəbinin tələbələrinin iştirakı ilə tədbir zamanı ingilis dilində “Romeo və Cülyetta” əsərindən Romeo və Cülyettanın dialoqu 633-cü qrup tələbələri tərəfindən canlandırıldı. “Texnologiya və Dizayn” fakültəsinin 787-ci qrup tələbəsi Mələk Xəlilova “Romeo and Juliette” əsərindən ″What’s a Youth” mahnı parçasını səsləndirməsi böyük maraqla qarşılandı. 456-ci qrup tələbəsi Türkan Əliyeva, 464-cü qrup tələbəsi Aysel Hüseynova, Şekspirin “Hamlet” əsərindən Hamletin monoloqundan bir parçanı canlandırdılar.  “Pretty woman”, “The Power of Words”, ″Who are you”, “Let her go”, “Yesterday”, “Sarı gəlin” müsuqi parçalarının səsləndirilməsi tədbirə xüsusi rəng qatdı. UNEC-in Prezident təqaüdçüləri olan Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri “Bəyin oğurlanması” filmindən bir parçanı ingilis dilində səsləndirdilər.

Maraqlı proqramla davam etmiş tədbirin sonunda xatirə şəkli çəkilmişdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay