A

Bu həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin tələbələri “Kitabxana mənim üçün...” layihəsi çərçivəsində UNEC-in 24/7 kitabxanasında qonaq olublar.

ADMİU “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi Kəmalə Məmmədovanın müraciəti əsasında təşkil edilmiş bu görüşdə kitabxana-informasiya işi sahəsində təhsil alan tələbələrə kitabxananın fəaliyyəti, burada görülən işlər, müxtəlif layihə və tədbirlər haqqında dolğun məlumat verilib.  Buradakı yeniliklər tələbələr tərəfindən olduqca maraqla qarşılanıb. Kitabxananın müdiri Arzu Məmmədova UNEC rəhbərliyinin yeni innovativ təkliflərə, eləcə də qarşılıqlı əməkdaşlığa hər zaman açıq olduğunu söyləyib.      

Kitabxanadakı növbəti görüş həyatını kitabxanaçılıq işlərinə bağlayacaq tələbələrin “Kitabxana mənim üçün...” layihəsinin əsas qayəsini təşkil edən kitabxananın onların həyatında, təhsilində tutduğu yer sualına bir-birindən maraqlı, gözlənilməz, rəngarəng cavabları ilə yadda qalıb. 

TOP XƏBƏRLƏR