A

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə dəstəyi ilə keçiriləcək müsabiqə barədə məlumatlılığın artırılması və innovativ ideyalara malik gənclərin müsabiqəyə cəlb edilməsi məqsədilə 19 sentyabr 2019-cu il tarixində müəllim və tələbə heyətinin iştirakı ilə UNEC-in Heydər Əliyev irsinin öyrənilməsi mərkəzində tədbir təşkil olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikası  İqtisadiyyat Nazirliyi, Asan Xidmət Agentliyi, KOBİA (Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) və SİL (Social İnnovation Lab) təşkilatının nümayəndələri iştirak etmişdir. Çıxışçılar tərəfindən təqdim olunan info sessiyada mövcud ideyanın layihəyə çevrilməsi, startapların yaradılması, biliyin kommersiyalaşdırılması, texnologiyaların transfer olunması, layihələrlə bağlı mentor xidmətlərinin göstərilməsi və beynəlxalq təcrübələrə yiyələnmək məqsədilə xarici nümayəndələr (sahə eksperti və mütəxəssislər) ilə əlaqələrin qurulması barədə ətraflı məlumat verilmiş və iştirakçıların sualları cavablandırılmışdır.

EFTİED Texnologiya Transfer şöbəsinin müdiri Vəkil İbrahimov müasir dövrdə innovasiyaların rolundan bəhs edərək UNEC tələbə və müəllim heyətini müsabiqədə iştiraka dəvət etmişdir. Daha sonra Nazirliyin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov öz çıxışında BMT-nin qəbul etdiyi "Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi"ndə də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat vermiş və xüsusilə də "Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək" məqsədinin zəruriliyini önə çəkmişdir. Asan Xidmət Agentliyinin nümayəndəsi Şəbnəm Məmmədova gənclərlə öz təcrübəsini paylaşaraq, asan xidmət də daxil olmaqla, bir sıra digər innovativ layihələrin həyata keçirilməsinin mümkünlüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. KOBİA-nın İnnovasiya, tədris və konsaltinq departamentinin müdiri Calal Rəhimov istənilən ideyanın və layihənin istər ölkə daxilində, istərsə də beynəlxalq arenada təmsil olunması üçün agentlik tərəfindən lazımlı dəstəyin göstəriləcəyini qeyd etmişdir. Sonda çıxış edən SİL nümayəndəsi Zamiq Əsgərzadə yekun layihələrin ərsəyə gəlməsi üçün müsabiqə iştirakçılarının ekspertlərin köməyi ilə layihələrin ilkin işlək versiyasının hazırlanmasında və ölkə finalına çıxarılmasında dəstək verəcəklərini bildirmişdir.

7 oktyabr 2019-cu il tarixinədək layihələrin qəbulu prosesi həyata keçiriləcək və müsabiqə şərtlərinə əsasən (iqtisadi, ekoloji və sosial sahələrə aid innovativ layihə və ya ideyalara malik) qalib olmuş komandalar Estoniyada keçiriləcək beynəlxalq StartUp Day proqramına göndəriləcəkdir.

 İştirakçı qismində müsabiqə barədə maraqlananlar: ƏLAVƏ MƏLUMAT

TOP XƏBƏRLƏR