UNEC-in Texnologiya və dizayn fakültəsinin birinci kurs tələbələrilə görüş keçirilib.
Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova və fakültə dekanı, professor Vəkil Hüseynovun iştirakı ilə keçirilən görüşdə tələbələrə UNEC-də həyata keçirilən yeniliklər barədə məlumat verilib, elektron universitet modelinin tətbiq olunduğu, tədris materiallarının, dərsə davamiyyətin tamamilə elektronlaşdırıldığı onların diqqətinə çatdırılıb. UNEC-də imtahanların mərkəzləşdirilimiş qaydada təşkil olunduğu və ictimaiyyətə açıq keçirildiyi də vurğulanıb.
Görüşdə bildirilib ki, tələbələr tədris boyu nəzəri biliklərlə yanaşı, ixtisaslarına uyğun olaraq, istehsalat müəssisələrində praktiki biliklərə də yiyənəcəklər.
Professor Vəkil Hüseynov V ixtisas qrupu üzrə qəbul olan tələbələrə dizayn ixtisasının üstünlüklərindən danışıb. UNEC-də dizayn ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət olan sərgilərin mütəmadi olaraq keçirildiyini onların diqqətinə çatdırıb.
V.Hüseynov tələbələrə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün UNEC Yaradıcılıq Mərkəzi və Radio UNEC-in imkanlarından yararlanmağı tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2019/2020-ci tədris ilində UNEC-in Texnologiya və dizayn fakültəsinə I ixtisas qrupu üzrə 297 nəfər, V ixtisas qrupu üzrə isə 88 nəfər qəbul olub.Texnologiya və dizayn fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.