A

UNEC-də tələbələrin sərbəst işlərinin təşkilinə dair onlayn müzakirələr aparılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən müzakirələrdə tələbələrin sərbəst işlərinin onlayn hazırlanması, qiymətləndirilməsi və yüklənməsi istiqamətində yeni qaydaların tətbiqi ilə bağlı təkliflər səsləndirilib. Bildirilib ki, sərbəst işlərin onlayn qəbulu və qiymətləndirilməsinin obyektiv aparılması üçün yeni mexanizmlərin  tətbiq olunması nəzərdə tutulub. Yeni qaydalar hazırlandıqdan sonra müəllim və tələbələrə bu barədə ətraflı məlumat veriləcək. Görüşdə imtahana qədərki balların müəyyən edilməsilə bağlı da müzakirələr aparılıb.

Xatırladaq ki, koronavirus dövründə UNEC-də distant dərslərin evdən təşkili ilə əlaqədar tələbələrin sərbəst işlərinin yazılması aprel ayının sonuna kimi dayandırılmışdı.

TOP XƏBƏRLƏR