A

UNEC Yaradıcılıq Mərkəzi və UNEC-in 24/7 Kitabxanasının birgə təşkilatçılığı ilə 28 May – Respublika gününə həsr edilən “103 yaşlı müstəqil Azərbaycanım!” onlayn formatda tədbiri keçirilib.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmasından, Cümhuriyyət dövrünün özünün böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikasının olmasından, xüsusilə də teatrın inkişafına verilən diqqətdən danışaraq, Azərbaycan teatr sənətinin korifeyləri Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və başqalarının çox çətin şəraitdə fəaliyyət göstərməsi, həqiqi xalq sənəti uğrunda fədakarlıqla və inamla mübarizə apardıqlarından bəhs edib.

UNEC-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova tədbir iştirakçılarına AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq, dövlət və cəmiyyət həyatının hər bir sahəsində ciddi addımlar atılması, eləcə də AXC-nin Cümhuriyyət dövründə kitabxana işi istiqamətində gördükləri fəaliyyətdən danışıb. Arzu Məmmədova Türkiyənin həmişə Azərbaycanın yanında olmasından, 1918-1920-ci illərdə 20 min nüsxədın artıq dərslik, dərs vəsaiti və digər kitabların məktəb kitabxanalarına verilməsini vurğulayıb.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin yeni üzvü, UNEC İqtisadiyyat fakültəsi, Ekologiya ixtisasının II kurs tələbəsi Aytac Babayeva Azərbaycan Xalq Cümhuriyyəti qurucularının gənclərin təhsilə, xüsusilə xaricdə təhsil almasının önəminə ayırlan qayğıdan, bu dövrün yetişdirdiyi böyük şəxsiyyətlər və örnək ziyalılardan, ölkəyə verdikləri tövhələrdən bəhs edən “28 May – Tariximizə doğan günəş” adlı məruzəsi ilə çıxış edib. Sonda Aytac Babayevanın 28 May Respublika gününə həsr etdiyi şeirləri dinlənilib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay