A

UNEC-in Zaqatala filialında Məzun Günü keçirilib.

Onlayn formada keçirilən Məzun Günündə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev 2020/2021-ci tədris ilində filialdan 108 tələbənin məzun olduğunu qeyd edib. Məzunları təbrik edən O.Rzayev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, məzunların əldə etdikləri bilik və təcrübə sayəsində dövrün tələblərinə uyğun, yüksək ixtisaslı mütəxəssis kimi ölkənin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə iştirak edən UNEC-in İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev rektor professor Ədalət Muradovun məzunlara ünvanladığı təbriki səsləndirib.

Sonra Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, filialın direktor müavini, dosent Həqiqət Qədimova, Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Səfər Razıyev və digərləri çıxış edərək məzun adını qazanmaları münasibətilə onları təbrik ediblər, məzunlara vətəninə, xalqına layiqli övlad olmağı tövsiyə ediblər.

Məzunlar çıxış edərək, dəyərli müəllimlərinə təşəkkürlərini bildiriblər, əldə etdikləri biliklərlə ölkəyə layiqincə xidmət edəcəklərini diqqətə çatdırıblar. Tədbirdə filialı yüksək göstəricilərlə bitirən, magistratura pilləsinə qəbul olan və filialın ictimai həyatında fəal  iştirak edən bir qrup məzunlar Fəxri fərmanla təltif olunublar.

Sonda məzunların filial haqqında təəssüratlarını əks etdirən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR