A

UNEC-in Zaqatala filialında Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərlə görüş keçirilib.

Görüşdə filialın direktor müavini, dosent Həqiqət Qədimova çıxış edərək rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb. Zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib.

Vətən müharibəsinin qaziləri cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz aćıblar.

Görüşün sonunda qazilərə Zaqatala şəhidlərinə həsr edilmiş kitab və filial rəhbərliyinin təşəkkürnaməsi təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay