UNEC Karyera Mərkəzinin və ParaBOKT şirkətinin birgə təşkilatçılığı ilə “Karyera Günü” keçirilib.
Şirkətin mütəxəssisləri Rəvan Hacıyev, Gülnar Həsənova və Fuad Yusubov tələbələrə şirkətin yaranma tarixi, bank və digər kredit təşkilatları arasındakı fərq, şirkətin fəaliyyət dairəsi və şirkətin təcrübə proqramları barədə ətraflı məlumat verib.
Sonra tələbələr arasında müsabiqə keçirilib. İlk 3 yerin qalibinə korporativ hədiyyələr təqdim edilib.