Fevralın 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb.
Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qalib komandaları təbrik edərək, onlara təhsillərində yeni nailiyyətlər arzulayıb.
Sonra qaliblərə - Bakı Mühəndislik Universiteti (I yer), Azərbaycan Dövlət İqtisad Universiteti (II yer) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (III yer) komandalarına diplom və qiymətli hədiyyələr təqdim edilib.
UNEC-i yarışda Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəznində fəaliyyət göstərən İqtisadçı İntellektual Klubunun üzvləri təmsil etmişdir.