A

THİK-nin təşkilatçılığı ilə Vətən üçün çanlarından keçən qəhrəmanların övladları üçün Novruz şənliyi keçirilib.

Tədbirdə tələbələrlə iş üzrə prorektor dos.Səadət Qəndilova, Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev, UNEC HİK sədri Rüfət Süleymanlı və UNEC  THİK sədri İlkan Əliyev iştirak ediblər. Prorektor dos.Səadət hər qarışı şəhid qanı ilə yoğurulan, şəhid qoxusu duyulan torpaqlarımızın bizə ötürülən əmanət olduğunu bildirərək, onların xatirəsinin daim əziz tutulacağını deyib. Şəhid və qazilərin ailə üzvlərini bayram münasibətilə təbrik edən prorektor, onlara xoş və firavan günlər arzulayıb.

Sonra şəhid övladları üçün əyləncəli oyunlar, səhnəciklər nümayiş olunub və onlara bayram sovqatları təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay