A

Aprelin 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı və 24/7 Kitabxananın dəstəyi ilə “Xaricdə təhsil və gənclərin diaspor işinə cəlb edilməsi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə UNEC Şəhidlərinin Memorial kompleksini ziyarət edərək, şəhidlərin əziz xatirəsinin yad ediblər.

Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov, 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri, Avropa Azərbaycanlıları Konqresinin baş katibi Arzu Oqtay və Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Strichting TogetherStrong” Fondunun təsisçisi İlkana Qocanın iştirakı ilə baş tutan tədbirdə TEC sədri Nəzrin İbrahimli rəhbərlik etdiyi təşkilatın gördüyü işlər və gələcək layihələr barədə məlumat verib.

Sonra diaspora nümayəndələri  xaricdə təhsil, orada təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanmasından söz açıblar. Həmçinin gənclərin ölkəmizi xaricdə layiqincə təmsil etmələrinin vacibliyindən və diaspora komitələri ilə əlaqələr qurmağın əhəmiyyətindən danışıblar.

Görüşdə tələbələri maraqlandıran suallar çavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay