A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 18 may tarixində Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) nümayəndələri ilə tələbələrin görüşü keçirilib.

Görüşdə ASAP Beynəlxalq əlaqələr üzrə koordinatorları tərəfindən tələbələrə ASAP-ın fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, xarici universitetlərdə təhsil alan azərbaycanlı tələbələri və məzunları birləşdirən ASAP, gənclərin xarici icmalara daha sürətli inteqrasiyasına, eləcə də yerli və xarici icmaların inkişafına gənclərin təsirini artırmağa dəstək olur.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay