A

UNEC-də 2021/2022-ci tədris ilinin “İnformasiya texnologiyaları (İT) ili” elan edilməsi ilə bağlı tədbirlər planının icrası məqsədilə Rəqəmsal iqtisadiyyat fakültəsində silsilə master-klas keçirilir.

Bu dəfəki master-klasda Alpha Omega şirkətinin həmtəsisçisi, UNESCO IT konsultantı, İT idarəetməsi üzrə tədqiqatçı Sərxan Talıbzadə tələbələrə “Necə İT mütəxəssisi ola bilərik?” mövzusunda öz təcrübəsini paylaşıb. O, yeni başlayan proqramçılara karyera yüksəlişinə nail olmağıq üçün daim oxumağı və nəzəri bilikləri praktikaya çevirməyi tövsiyə edib, eləcə də bu istiqamətdə nüfuzlu beynəlxalq sertifikatların əldə olunmasının, komandada işləmək bacarığı və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra ixtisas rəhbəri dos.Təranə Əliyeva çıxış edərək,  tələbələrə İT mütəxəssisi olmağın vacib məqamları barədə məlumat verib.

TOP XƏBƏRLƏR