Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 92-ci ildönümü və UNEC Günü münasibətilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və İqtisadçı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə "Laissez-faire" intellektual oyunlar Liqasının Final Mərhələsi keçirilib.
İlk 3 yer uğrunda maraqlı və gərgin mübarizədən sonra "Hells Bells" komandası 116 xalla çempion tituluna yiyələndi. 107 xalla "Fidelio" 2-ci, 106 xalla isə "Rars" liqanı 3-cü olaraq başa vurdu. Liqa boyu daim ilk üçlükdə qərarlaşan "Qəzəlxan" isə son turda imkanı əldən qaçırtdı və 105 xalla liqanı 4-cü yerdə bitirdi.
Son 2 turda kiçik kitab lotereyası keçirilmiş, şanslı oyunçular öz kitab hədiyyələrini qazanmışlar.
Qalib komandaları təbrik edirik, yeni uğurlar arzulayırıq!
Qalib komandanın üzvlərini təqdim edirik:
Çempion: "Hells Bells"
- Elşən Xudiyev (k)
- Fərhad Nəbiyev
- Məhəmməd Zeynallı
- Tahir Süleymanov
- Elvin Poladov
- Fuad Səmədov
2-ci yer "Fidelio"
Cabir Məmmədov (k)
Səid Süleymanlı
Hüseyn Hüseynov
Əli Mirzəzadə
3-cü yer "Rars"
Mahmudlu Rəşid (k)
Ağayev Rəşad
Abasov Azad
Alışzadə Orxan
Həşimzadə Rauf
Nəcəfli Şahrud