A

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Bakı Gənclər Mərkəzinin keçirdiyi "Əylən-Öyrən" adlı yay düşərgəsi çərçivəsində UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin, Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin birgə təşkilatçılığı, Təmiz Şəhər ASC-nin dəstəyi ilə "Ətraf mühitdən düzgün istifadə edirikmi?" adlı viktorina və praktiki oyun təşkil olunub.

Oyunda komandalar bərpa olunan və bərpa olunmayan resursların düzgün şəkildə bölüşdürülməsi və gələcək nəslə çatdırılması ilə bağlı viktorinada iştirak edərək, praktiki oyunlarla mövzu ilə bağlı bilik və bacarıqlara yiyələniblər.

3 müxtəlif nəsil üzrə qalibiyyət uğrunda mübarizə aparan "Tağıyevlər", "Həşimovlar" və "Mustafayevlər" komandalarının viktorina və praktiki oyun boyu fəaliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qərara əsasən, "Mustafayevlər" komandası oyunun qalibi olub.

Sonda qalib komandaya hədiyyələr, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay