A

UNEC KİM-in 24/7 Kitabxanasının əməkdaşları və könüllü tələbələri 9 noyabrda kitabxananın oxucu-istifadəçilərinin təşəbbüsü ilə bir sıra bölgələrdə səfərdə olublar.

Səfər zamanı kitabxana kollektivi Göyçayda Şəhidlər Xiyabanını və Şuşa fatehi, şəhid Vasif Məmmədovun ailəsini ziyarət ediblər. Şəhidin anası Zenfira xanım Vasif Məmmədov haqqında öz xatirələrini bölüşüb, onun keçdiyi qəhrəmanlıq yolu barədə gənclərlə söhbət edib.

Mingəçevirdə olan UNEC kollektivi Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş igid oğulların xatirəsini yad ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay