A

UNEC tələbələri "Azerbaijan Coca-Cola Botters" şirkətinin sərinləşdirici içkilər istehsalı zavodunda infoturda olublar.

Karyera Mərkəzinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkil etdiyi infoturda SABAH mərkəzinin “Qida mühəndisliyi” ixtisası üzrə tələbələri sərinləşdirici içkilərin istehsal prosesini yaxından izləyiblər. Tələbələrə şirkətin mütəxəssisləri tərəfindən zavodda istehsal olunan sərinləşdirici içkilərin keyfiyyəti, qablaşdırılması, suyun filtr edilməsi haqqında məlumat verilib. Sonra tələbələr təhlükəsizlik və keyfiyyətə nəzarət sistemləri, qida sənayesində beynəlxalq keyfiyyət standartlarının "Coca-cola" məhsullarının istehsalındakı qiymətləndirilməsi ilə tanış olublar.

Qeyd edək ki, UNEC və "Azerbaijan Coca-Cola Botters" arasındakı birgə fəaliyyətə dair əməkdaşlıq çərçivəsində şirkətdə infoturların və karyera günlərinin davamlı təşkili nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay