A

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışmada UNEC komandası qalib olub.

Yarışda müxtəlif ali təhsil olacaqlarından ümumilikdə 14 komanda iştirak edib. Mübarizənin sonunda I yerə UNEC, II yerə ADNSU, III yerə isə BMU-nun tələbələrindən ibarət komanda layiq görülüb.

UNEC-i yarışda THİK-in nəznində fəaliyyət göstərən “İqtisadçı” İntellektual Klubunun üzvləri təmsil edib.

UNEC komandasının bütün üzvlərini möhtəşəm qələbə münasibətilə təbrik edirik!

TOP XƏBƏRLƏR