Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda (MSN ETİ) UNEC tələbələri üçün Karyera günü keçirilib.
UNEC Karyera mərkəzinin və MSN ETİ-nin birgə təşkilatçılığı keçirilən Karyera günündə Mühəndislik fakültəsinin “Texnoloji maşın və avadınlıqlar” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi iştirak edib.
Elmi-Tədqiqat institunun direktor müavini Əflatun Məmmədov tələbələrə strukturlar və iş fəaliyyəti haqqında ətraflı məlumat verib. Sonra tələbələr hərbi-müdafiə təyinatlı təlim üçün nəzərdə tutulmuş atıcı silahlar, həmçinin “İtiqovan” və “Orbiter-3” pilotsuz uçuş aparatları, digər avadanlıqlarla, müasir silahların texniki göstəriciləri ilə tanış olublar. Tələbələrə təcrübə və gələcək karyera imkanları barədə də məlumat verilib.