A

iqtisadkolleci.edu.az

31.01.2023-cü il tarixdə UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2022/2023-cü tədris ilin payız semestrinin imtahan sessiyası Qiyabi şöbə üzrə 10 qrupda davam edib.

İmtahan sessiyasının təşkili və keçirilməsi Azərbaycan Respublikasının elm və təhsil nazirinin 2022-ci il 16 dekabr tarixli F-721 nömrəli əmrinə müvafiq olaraq təşkil edilib.

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı kollecdə İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət olunur.

İmtahanın gedişini UNEC-in Daxili audit şöbəsinin əməkdaşları izləyiblər.

Qeyd edək ki, imtahan zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.

TOP XƏBƏRLƏR