A

Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (ARDFN) UNEC tələbələri üçün “Karyera günü” keçirilib.

ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib. Fondun Hüquq departamentinin direktor müavini Nərgiz Balakişiyeva, Büdcə proqnozlaşdırma və layihələr departamenti, Büdcə və proqnozlaşdırma şöbəsinin müdiri İbrahim İbrahimov, Neft kontraktları departamentinin aparıcı iqtisadçısı Elçin Quliyev və İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Elnarə Hüseynovanın iştirakı ilə keçirilən sessiyada tələbələrə Fondun hüquqi əsasları, HPBS-lər, Fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində və ölkə iqtisadiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib.

Tədbir UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə baş tutub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay