A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Tural Dadaşovun anım günü keçirilib.

Anım günü münasibəti ilə UNEC-in THİK sədr müavini Səbuhi İmanov, Maliyyə və Mühasibat fakültəsinin THİK sədri Həsən Həşimov və fəal tələbələr şəhidin ailə üzvləri ilə birlikdə onların məzarlarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonar "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. Tural Dadaşov 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsini bitirib. Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay