A

UNEC-in nümayəndə heyəti 7-15 aprel tarixlərində Erasmus+ proqramı çərçivəsində İspaniyanın Leon Universitetində işgüzar səfərdə olub.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı, iqtisadi məsələlər üzrə prorektor Nəsimi İsmayılov, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Fariz Əhmədov, Maliyyə və təminat departamentinin direktoru Seymur Nəcəfov, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədovun təmsil olunduğu nümayəndə heyəti Leon Universitetinin İqtisadiyyat fakültəsinin əməkdaşları ilə görüşüblər.

Görüş zamanı iqtisadiyyat sahəsi üzrə magistratura proqramının tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb. UNEC əməkdaşları İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən innovativ laboratoriyalar, xüsusi dizayn olunmuş auditoriyalar və fakültənin iş prosesi ilə yaxından tanış olublar.

Proqram çərçivəsində Leon Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Roberto Alvarez və Beynəlxalq layihələr şöbəsinin rəhbəri Rafael de Paz ilə də görüş keçirilib. Görüşdə birgə layihələrin hazırlanması istiqamətində razılıq əldə olunub.

UNEC əməkdaşları Leon Universitetinin ənənəvi və elektron kitabxanasının fəaliyyəti ilə də maraqlanıblar. ISCEMR-2022 konfransı çərçivəsində nəşr olunmuş Qarabağın iqtisadi inkişafı ilə əlaqədar tədqiqatlardan ibarət kitabları universitetin kitabxanasına hədiyyə ediblər.

Səfərin son günü Leon Universitetinin rektoru ilə görüş keçirilib. Görüşdə UNEC və Leon Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay