Latviya Universitetinin professorları Ramona-Rupeika-Apoga və Svetlana Saksonova UNEC-də işguzar səfərdə olublar.
Səfər çərçivəsində latviyalı qonaqlar UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsi və Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşları görüşüblər və hər iki universitet arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. Sonra Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərovun müşayiəti ilə dərs prosesi izlənilib.
Latviyalı professorlar UNEC-in infrastruktoru ilə də tanış olublar. Müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də elektronlaşdırılmış tədris prosesinin təşkilini yüksək qiymətləndiriblər.