TÜRKUNİB-ə üzv olan universitetlər arasında həyata keçirilən Orhun mübadilə proqramının nəticələri elan olunub.

Nəticələrə əsasən, UNEC-in 3 müəllimi mübadilədə iştirak etmək haqqı qazanıb. Beynəlxalq iqtisadiyyat və biznes kafedrasından Emiliya Əhmədova, İqtisadiyyat kafedrasından Təranə Şirvanova, İqtisadiyyat və işlətmə kafedrasından isə Maqsud Mirzəyev Türkiyənin Ege, Uludağ universitetlərində və Qazaxıstanın Hoca Əhməd Yassavi Universitetində mübadilədə iştirak edəcəklər.

Tələbələrdən isə TÜDİFAK “Maliyyə” ixtisasının tələbəsi Ülkər Hacıyeva Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetində təhsil alacaq.

Proqram çərçivəsində yeni tədris ilindən UNEC-ə 9 əcnəbi müəllimin səfəri gözlənilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay