A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Pərvin Paşayeva və Qiyabi və Əlavə Təhsil Mərkəzinin əməkdaşı Nazlı Əlibəyli Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ mübadilə proqramı çərçivəsində 16-20 oktyabr tarixlərində Türkiyənin Qaziosmanpaşa Universitetində keçirilən “Beynəlxalq həftə”də iştirak ediblər.

Proqram çərçivəsində UNEC əməkdaşları Qaziosmanpaşa Universitetinin rektoru prof. dr. Fatih Yılmazla, eləcə də “Beynəlxalq həftə”də təmsil olunan Malayziya, İndoneziya, Banqladeş, Mərakeş, Ukrayna, Tunis, Uqanda, Rusiya və Qazaxıstanın ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçiriblər, universitetlərarası qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Universitetlərin tanıtımı zamanı Pərvin Paşayeva UNEC haqqında təqdimatla çıxış edərək, tədris proqramları, tədqiqat mərkəzləri, beynəlxalq reytinq göstəriciləri, mübadilə və ikili diplom proqramı barədə ətraflı məlumat verib.

Mübadilənin sonunda UNEC əməkdaşlarına sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay