A

UNEC-in “İqtisadiyyat” kafedrasının baş müəllimi Təranə Şirvanova Orhun beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin İzmir şəhərində yerləşən Ege Universitetində ezamiyyətdə olub.

Ezamiyyət zamanı Təranə Şirvanova Beynəlxalq əlaqələr ixtisasının bakalavr və magistr qruplarında “İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda geosiyasi vəziyyət və Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə oxuyub. Həmçinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə keçirilən seminarda “İkinci Qarabağ savaşının Türk dünyasına geosiyasi və geoiqtisadi təsiri” mövzusunda məruzə ilə çıxış etmiş və “Beynəlxalq münasibətlər” bölümünün tələbələri ilə keçirilmiş “UNEC günü” adlı tədbirdə onlara UNEC haqqında  ətraflı məlumat verərək, çoxsaylı suallarını cavablandırmışdır.

Ezamiyyət müddətində müxtəlif ölkələrdən olan akademik heyətlə görüşlər keçirilib, onlara UNEC-in təhsil strategiyası haqqında ətraflı məlumat verilib. Türk dünyasının siyasi, iqtisadi, mədəni, təhsil və s. anlamda bütövləşməsi yolunda  fikir mübadiləsi aparılıb, müxtəlif ölkələrdən olan akademik heyətin birlikdə həyata keçirə biləcəyi layihələr müzakirə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay