UNEC-də Keyfiyyət təminatı şöbəsi tərəfindən ixtisasların beynəlxalq akkreditasiyası ilə bağlı işlər davam edir.
Strateji hədəflərin icrası məqsədilə ilkin olaraq, Keyfiyyət təminatı şöbəsi ilə Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) rəhbərləri arasında əməkdaşlıq istiqamətində görüş keçirilib. Görüşdə UNEC-in və Zaqatala filialının bəzi ixtisaslarının beynəlxalq akkreditasiyasını təmin etmək məqsədilə müzakirələr aparılıb.
Qeyd edək ki, 2011-ci ildə əsası qoyulmuş Müstəqil Akkreditasiya və Reytinq Agentliyi təhsilin keyfiyyətinin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya agentliyidir. IAAR Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tam hüquqlu üzvüdür.